Tekil Mesaj gösterimi
Alt 27 Ekim 2020, 17:40   #1
Elyanura
Emektar
Elyanura - ait Kullanıcı Resmi (Avatar)

Standart ermenistanin Bərdə rayonu ərazisinə raket atması

Ermənistan silahlı qüvvələri tərəfindən nəticəsində ölənlərin sayı 4-ə çatıb.

Bu barədə "Report"un cəbhə bölgəsinə ezam olunmuş əməkdaşı xəbər verir.

Ölənlər Ofelya Cəfərova, Ehtiram İsmayılov, Aybəniz Əhmədova və İsgəndərova Aysu Rövşən qızıdır.

17:33
Oktyabrın 27-si saat 16:40 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Bərdə rayonu ərazisinə raket atılması nəticəsində mülki şəxslərin ölməsi ilə yanaşı, bir neçə kənd sakini də ağır yaralanıb.

Bu barədə "Report"un cəbhə bölgəsinə ezam olunmuş əməkdaşı xəbər verir.

Ölənlərin sayı 3 nəfərdir, 10 nəfər xəsarət alıb.

Yaralılar xəstəxanaya aparılıb. Onların arasında azyaşlılar da var.

17:06
Oktyabrın 27-si saat 16:40 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən atılan raket Bərdə rayonu ərazisində Azərbaycan Hava Hücumundan Müdafiə Qoşunları tərəfindən zərərsizləşdirilib.

Bu barədə "Report"un cəbhə bölgəsinə ezam olunmuş əməkdaşı xəbər verir.

Nəticədə rayonun Qarayüsifli kəndi ərazisində raket partlayıb və 2 mülki şəxs həlak olub, yaralılar var.Oktyabrın 27-i saat 16:40 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Bərdə rayonu ərazisinə raket atması nəticəsində iki nəfərin ölməsi ilə yanaşı bir neçə kənd sakini də ağır yaralanıb.
.

Onlar xəstəxanaya aparılıb. Yaralılardan içərisində azyaşlılar da var.

Rabbim bunlarinda buna sussanlarinda belasini versin

Konu Elyanura tarafından (27 Ekim 2020 Saat 17:48 ) değiştirilmiştir..